12.ÇIXARIŞ Rus dilində. Yazılış tarixi 9 aprel, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan İctimai Şura Cəmiyyəti Xalq Komissarlar Şurası tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: C.Məmmədquluzadəyə fərdi təqaüdün təyin olunması haqdadır.
Ölçüsü: 17,5x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 264.
13.ƏRİZƏ Rus dilində. Yazılış tarixi 27 sentyabr, 1921-ci il, Bakı. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Surətdir. Ərizə C.Məmmədquluzadə tərəfindən ASSR Xalq Torpaq Komissarlığına ünvanlanmışdır.
Məzmunu: Həmidə xanımın Kəhrizlidə olan dəyirmanının əsaslı təmirinə yardım edilməsini xahiş edir.
Ölçüsü: 21x34,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 276.