3.ARAYIŞ Rus dilində. Yazılış tarixi 10 mart, 1931-ci il. Harada yazıldığı qeyd edilməmişdir. İki nüsxədən ibarət surətdir. Saya vərəqə biri qara, digəri isə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Azərbaycan SSR Xalq Komissarları tərəfindən C.Məmmədquluzadənin 1905-ci ildən49 bu günə kimi həqiqətən «Molla Nəsrəddin» jurnalının redaktoru olması təsdiqlənir.
Ölçüsü: 20,5x12 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 267.
4.ARAYIŞ Rus dilində. Yazılış tarixi 26 yanvar, 1931-ci il, Bakı. Saya vərəqə qara makina çapı ilə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin 1928-ci ildən Xalq Təminat İctimaiyyə Komissarlığından fərdi təqaüd alması haqdadır.
Ölçüsü: 21,5x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 269.