24.İTTİHAMNAMƏ AKTI Rus dilində. Yazılış tarixi 19 oktyabr, 1913-cü il, Tiflis. Saya qoşa vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Surətdir. Akt Mətbuat işləri üzrə Tiflis Komitəsinin üzvü Mirzəyev və katib köməkçisi Pavlov tərəfindən təsdiqlənmişdir.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının 23 iyul, 1913-ci il, 20-ci nömrəsində bəhailərin dini rəhbəri Əbdül Bəhanı tənqid edən bir səhifəlik karikaturaya verilən şərhdə onun əxlaqsızlığına işarə edildiyinə görə C.Məmmədquluzadə və Əliqulu Nəcəfovun məhkəməyə verildiyi bildirilir.
Ölçüsü: 22x35 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 327*.