54.VİZİT VƏRƏQƏSİ Azərbaycan dilində ərəb əlifbası ilə və rus dilində. 3 müxtəlif ölçülü saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Adı, familiyası və «Molla Nəsrəddin» jurnalının redaktoru olduğu məlum olur.
Ölçüsü: 9x5,5–11x6,5 sm; həcmi: 3 ədəd; fond 6, s.v. 273*.
HƏMİDƏ MƏMMƏDQULUZADƏYƏ
AİD SƏNƏDLƏR 1.AKT Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 28 iyul, 1939-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Naməlum əsərin makinada çap olunmuş 134-cü səhifəsinin arxasına bənövşəyi mürəkkəblə yazılmışdır. «Revolyusiya və kultura» jurnalının katibi Əsədovun imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Həmidə xanımdan Molla Nəsrəddin haqqında yazdığı xatirənin makinada çap olunmuş bir nüsxəsini «Revolyusiya və kultura» jurnalında istifadə üçün aldığı bildirilir.
2.ARAYIŞ Rus dilində. Yazılış tarixi 20 mart, 1942-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Rabitə Stansiyasına təqdim edilmək üçün verilmiş arayış Azərbaycan Sovet Yazıçılar İttifaqının prezidentinin məsul katibi S.Vurğunun imzası və möhürlə təsdiqlənmişdir.
Məzmunu: Azərbaycan Sovet Yazıçılar İttifaqı tərəfindən Ostrovski küçəsi, ev 56 ünvanında yaşayan Həmidə xanımın işlərilə əlaqədar 3-76-26 №-li telefonu olduğu bildirilir.
Ölçüsü: 16x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 402*.