43.ÜZVÜLİK BİLETİ Rus dilində. Yazılış tarixi 4 oktyabr, 1928-ci il, Moskva. Bilet qara mürəkkəblə yazılmışdır. Tünd yaşıl rəngdə qalın cildi var. Moskva Dramatik Yazıçılar və Kompozitorlar Cəmiyyəti tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Həmin cəmiyyətin üzvü olduğunu bildirir.
Ölçüsü: 8x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 262.
44.ÜZVÜLİK BİLETİ Rus dilində. Yazılış tarixi 5 iyun, 1929-cu il, Bakı. Bilet bənövşəyi mürəkkəblə yazılmışdır. Tünd yaşıl rəngdə qalın cildi var. Sosialist Şura Cümhuriyyəti İttifaqı Poliqraf İstehsalı işçilərinin Həmkarlar İttifaqının Azərbaycan şöbəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Jurnalist olduğunu bildirir.
Ölçüsü: 7,5x10 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 265.