46.VƏSİQƏ Vərəqin bir tərəfində Azərbaycan dilində latın əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Yazılış tarixi 20 iyun, 1923-cü il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Yeni Türk Əlifba Komitəsi C.MəmmədquLuzadənin «Yeni yol» qəzetinin baş mühərriri olmasını təsdiq edir.
Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 253.
47.VƏSİQƏ Rus dilində. Yazılış tarixi 25 noyabr, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Kitabça qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Poçt və Teleqraf Xalq Komissarlığı tərəfindən C.Məmmədquluzadəyə radiostansiyadan fərdi istifadə üçün verilmişdir.
Ölçüsü: 8,5x12 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 259*.
48.VƏSİQƏ Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Göy və bənövşəyi mürəkkəblə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Dəmiryol və su nəqliyyatından pulsuz istifadə müddəti Şuranın 6-cı iclasına qədər qüvvədə olduğu haqdadır.
Ölçüsü: 11x7,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 260*.
49.VƏSİQƏ Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Dəmiryol və su nəqliyyatından pulsuz istifadə müddəti Şuranın 7-ci iclasına qədər qüvvədə olduğu haqdadır.
Ölçüsü: 10,5x7 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 260*.
50.VƏSİQƏ Rus dilində. Yazılış tarixi 1 iyul, 1928-ci il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. «Kommunist» qəzetinin Yerli Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Həmidə xanım, oğlanları Midhəd və Ənvər, qohumu Pakizənin C.Məmmədquluzadənin himayəsində olması təsdiq edilir.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 261.
51.VƏSİQƏ Rus dilində. Yazılış tarixi 16 noyabr, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqə qara rəngdə makina çapı ilə yazılmışdır. Surətdir. Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Staropoçtovıy kuçəsi № 64 ünvanı yaşayış yeri kimi və redaktoru olduğu «Molla Nəsrəddin» jurnalının redaksiyası üçün C.Məmmədquluzadəyə verildiyi bildirilir.
Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 266*.
52.VƏSİQƏ Rus dilində. Yazılış tarixi 30 dekabr, 1931-ci il, Bakı. Qara rəngdə makina çapı ilə yazılmışdır. Qara rəngdə qalın cildi var. Vəsiqəyə C.Məmmədquluzadənin şəkili yapışdırılmışdır. Bakı Elektrik Dəmir Yolları İdarəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Bakı-Sabunçu elektrik dəmir yolundan təqaüdçü kimi pulsuz istifadə etməsi üçün verilmişdir.
Ölçüsü: 8x11,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 271.
53.VİZİT VƏRƏQİ Azərbaycan dilində ərəb əlifbası ilə və rus dilində. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Adı, familiyası və «Molla Nəsrəddin» jurnalının redaktoru olduğu məlum olur.
Ölçüsü: 10x6,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 272.