4.DOĞUM ŞƏHADƏTNAMƏSİ Rus dilində. Yazılış tarixi 3 oktyabr/noyabr, 1911-ci il, Tiflis. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İslamı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Zadə və Hüseyn-Zadənin imzaları və idarənin möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məmmədquluzadənin qanuni arvadı sayılan H.Məmmədquluzadədən 18 mart, 1908-ci ildə oğlu Midhətin anadan olduğu və həmin ildə idarənin 16 №-li ştat mollası tərəfindən doğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 20x29,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 433*.