3.DOĞUM ŞƏHADƏTNAMƏSİ Rus dilində. Yazılış tarixi 3 oktyabr/noyabr, 1911-ci il, Tiflis. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Surətdir. Şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İslamı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Zadə və Hüseyn-Zadənin imzaları ilə təsdiqlənmişdir. Sənəd 20 may, 1930-cu ildə Bakı Natoriat Kantorunun imzası və möhürü ilə təsdiqlənmişdir. Sonda «İsklöçitelğno dlə predstavleniə v şkolu. Dlə druqix üeley ispolğzovano bıtğ ne mojet» qeyd olunmuşdur.
Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məmmədquluzadənin qanuni arvadı sayılan H.Məmmədquluzadədən 18 mart, 1908-ci ildə oğlu Midhətin anadan olduğu və həmin ildə idarənin 16 №-li ştat mollası tərəfindən doğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 21,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 432*.