14.MƏHƏMMƏD TEYMURUN FƏRMANI Türk dilində ərəb əlifbası ilə. Yazılış tarixi h. 1188-ci (1774) il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə köndələn şəkildə qara mürəkkəblə yazılmışdır. Üzərində Məhəmməd Teymurun möhürü vardır.
Ölçüsü: 28,5x43 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 464*.
15.PROQRAM Parçanın bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Bakı. Çəhrayı rəngdə olan parçanın bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Dəniz Cəmiyyətinin (Ticarət donanmasının) zalında A.Kamarlinskinin cümə günü, 17 dekabr, 1910-cu ildə keçiriləcək «Cavanlar məişəti» tamaşası barəsindədir.
Ölçüsü: 25x37 sm; həcmi: 1 ədəd; fond 6, s.v. 326*.
16.PROQRAM Vərəqin bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Qafqaz müsəlman-müəllimləri qurultayının proqramıdır (sədr: N.Nərimanov; komissiya üzvləri: Həsən bəy Məlikov, A.Cəfərov, A.Həsənov, F.Ağayev; komissiyanın katibi: Y.Əfəndiyev).
Məzmunu: Avqust ayının 15-də keçiriləcək Qafqaz müsəlman müəllimləri qurultayının iki hissəli proqramıdır. Qurultayla bağlı «Kaspi» qəzetində H.Məlikova, «Həyat» qəzetində N.Nərimanova və «İrşad» qəzetində F.Ağayevə müraciət oluna biləcəyi haqda qeyd vardır.
Ölçüsü: 44x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 331*.
17.PROQRAM Kitabçanın bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Nəşri-maarif» cəmiyyətinin müsəlmanlar arasında apardığı maariflənmə işinin xeyrinə təşkil olunmuş tədbir H.Z.Tağıyevin təşkilatçılığı ilə keçirilmişdir. Kitabçanın bir küncündə qırmızı lent vardır.
Məzmunu: 1908-ci il, şənbə günü, dekabrın 13-də axşam saat 8-də Bakı İctimai İclas zalında keçiriləcək Birinci Müsəlman Gecəsinin proqamıdır. S.M.Qəniyevin bir aktlı «Beri da pomni» və Şeqlovun bir pərdəli «Jenskaə çepuxa» komediyalarının məzmunu verilmişdir.
Ölçüsü: 8x13 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 509*.
18.PROQRAM Azərbaycan dilində kiril əlifbası ilə. Bakı, 1967. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Azərbaycan SSR Elmlər Akademiyasının C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyasının proqramıdır.
Ölçüsü: 11x21,5 sm; Həcmi: 7 səhifə; fond 6, s.v. 594*.
19.PROQRAM Azərbaycan dilində kiril əlifbası ilə. Bakı. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş 1967-ci il, 29 may – 5 iyun tarixlərində keçiriləcək yubiley tədbirlərinin proqramıdır.
Ölçüsü: 10,5x15,5 sm; Həcmi: 20 səhifə; fond 6, s.v. 594*.
20.SƏNƏD Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 sentyabr, 1930-cu il, Naxçıvan. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Sənəd 8 nəfərin (M.Ə.Əsədullazadə, R.Babayev, M.Ə.Seyidov, H.Əlizadə, M.Nəsirli, H.Əliyev, Ə.Abbasov, M.Qərimov) imzaları ilə təsdiqlənmişdir.
Məzmunu: Danilyanın dəfələrlə içkili olduğu ilə bağlı məqalə yazılması qərara alınır. «Bisavad» imzası ilə «Xəstə müdir» başlıqlı həmin məqalədə yazılanlar təsdiqlənir.