3.ÇAĞIRIŞ Vərəqin birində Azərbaycan dilində ərəb əlifbası ilə və həmin mətn digər vərəq də isə Azərbaycan dilində latın əlifbası ilə. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hər səhifədə «Molla Nəsrəddin»in rəngli şəkili var. Dəvət müsamirənin fəxri sədrləri S.Ağamalı oğlu və G.Musabəyov, məsul müdirləri C.Bağırov, B.Əliyev, A. Şərifzadə tərəfindən edilmişdir. Üzərində bənövşəyi rəngdə «Azərbaycan Sosialist Şura Cümhuriyyəti»nin möhürü və qara mürəkkəblə «Mamedbekovoy Mina x..» şəklində qeyd vardır.
Məzmunu: 1923-cü il, çərşənbə günü, mayın 2-də hökumət Rus Opera teatrında (sabiq Mayılov) «Yeni türk əlifba komitəsi» və «Bakı ali darülmüəllimin türk müdavimləri» nəfinə təşkil olunan «Molla Nəsrəddin gecəsi»nə dəvətnamədir.
Ölçüsü: 18x13 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 446.
4.DƏVƏTNAMƏ Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 1 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley sərgisinin açılışına dəvətnamədir.
Ölçüsü: 13,5x9 sm; Həcmi: 2 səhifə; fond 6, s.v. 594*.
5.DƏVƏTNAMƏ Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə M.F.Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında keçiriləcək təntənəli yubiley gecəsinə dəvətnamədir.
Ölçüsü: 13,5x8,5 sm; Həcmi: 1 səhifə; fond 6, s.v. 594*.
6.İCMA QƏRARI Rus dilində. Yazılış tarixi 6 avqust, 1922-ci il, Kəhrizli. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sənəd 90 nəfərin imzası, Kəhrizli İcraiyyə Komitəsinin sədri Cəmil Ağalarovun imzası və komitənin möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Kəhrizlidə 1922-ci il, 25 iyulda keçirilən iclasda çəyirtgələrin əkin sahələrinə vurduğu ziyan nəticəsində məhsulun az olmasına görə vergini ödəyə bilməyəcəkləri barəsindədir.
Ölçüsü: 21x32 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 450.
7.QƏBZ Rus dilində. Yazılış tarixi 4 iyul, 1925-ci il, Bakı. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Heydər Şahtaxtinskinin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: H.Şahtaxtinskinin 1925-ci ilin aprel ayında saxlanma üçün votçina sahibi kimi C.Məmmədquluzadəyə verilən bütün əmlakı, pulları və qızıl əşyaları tam şəkildə özünə qaytarıldığı bildirilir.
Ölçüsü: 35x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 501*.
8.QƏBZ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 yanvar, 1927-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. «Stalin» adına klub müdirinin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyasının müvəqqəti istifadə üçün apardığı «Əkinçi» qəzetinin komplektlərini geri aldığını bildirir.
Ölçüsü: 15x17,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 504.
9.QƏBZ Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qırmızı mürəkkəblə yazılmışdır. Quba klub müdirinin imzası və möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Bu ilin 18 noyabrında keçiriləcək «Şah Abbas» tamaşasına ümumi məbləğin 25%-ni təşkil edən 31 manat 30 qəpik ayrıldığı bildirilir.
Ölçüsü: 20,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 504*.