Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə187/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   183   184   185   186   187   188   189   190   ...   295
3.ÇAĞIRIŞ
Vərəqin birində Azərbaycan dilində ərəb əlifbası ilə və hə­min mətn digər vərəq də isə Azərbaycan dilində latın əlif­bası ilə. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hər səhifədə «Molla Nəsrəddin»in rəngli şə­kili var. Dəvət müsamirənin fəxri sədrləri S.Ağamalı oğlu və G.Musabəyov, məsul müdirləri C.Bağırov, B.Əliyev, A. Şə­rifzadə tərəfindən edilmişdir. Üzərində bənövşəyi rəngdə «Azərbaycan Sosialist Şura Cümhuriyyəti»nin möhürü və qa­ra mürəkkəblə «Mamedbekovoy Mina x..» şəklində qeyd vardır.

Məzmunu: 1923-cü il, çərşənbə günü, mayın 2-də hökumət Rus Opera teatrında (sabiq Mayılov) «Yeni türk əlifba komitəsi» və «Bakı ali darülmüəllimin türk müdavimləri» nəfinə təşkil olunan «Molla Nəsrəddin gecəsi»nə dəvətnamədir.
Ölçüsü: 18x13 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 446.
4.DƏVƏTNAMƏ
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 1 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi­nin C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley sərgisinin açılışına dəvətnamədir.
Ölçüsü: 13,5x9 sm; Həcmi: 2 səhifə; fond 6, s.v. 594*.
5.DƏVƏTNAMƏ
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin anadan olmasının 100 il­liyi münasibətilə M.F.Axundov adına Lenin ordenli Azərbay­can Dövlət Akademik Opera və Balet teatrında keçirilə­cək təntənəli yubiley gecəsinə dəvətnamədir.
Ölçüsü: 13,5x8,5 sm; Həcmi: 1 səhifə; fond 6, s.v. 594*.

6.İCMA QƏRARI
Rus dilində. Yazılış tarixi 6 avqust, 1922-ci il, Kəhrizli. Ciz­gili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sə­nəd 90 nəfərin imzası, Kəhrizli İcraiyyə Komitəsinin sədri Cəmil Ağalarovun imzası və komitənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Kəhrizlidə 1922-ci il, 25 iyulda keçirilən ic­las­da çəyirtgələrin əkin sahələrinə vurduğu ziyan nəticəsində məh­sulun az olmasına görə vergini ödəyə bilməyəcəkləri ba­rəsindədir.
Ölçüsü: 21x32 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 450.
7.QƏBZ
Rus dilində. Yazılış tarixi 4 iyul, 1925-ci il, Bakı. Saya və­rəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Heydər Şah­taxtinskinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: H.Şahtaxtinskinin 1925-ci ilin aprel ayında sax­lanma üçün votçina sahibi kimi C.Məmmədquluzadəyə ve­rilən bütün əmlakı, pulları və qızıl əşyaları tam şəkildə özü­nə qaytarıldığı bildirilir.
Ölçüsü: 35x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 501*.
8.QƏBZ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 yan­var, 1927-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya və­rəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. «Stalin» adına klub müdirinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyasının mü­vəq­qəti istifadə üçün apardığı «Əkinçi» qəzetinin komplektlə­rini geri aldığını bildirir.
Ölçüsü: 15x17,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 504.

9.QƏBZ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qırmızı mürəkkəblə yazıl­mışdır. Quba klub müdirinin imzası və möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Bu ilin 18 noyabrında keçiriləcək «Şah Abbas» tamaşasına ümumi məbləğin 25%-ni təşkil edən 31 ma­nat 30 qəpik ayrıldığı bildirilir.
Ölçüsü: 20,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 504*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin