21.ŞƏHADƏTNAMƏ TALONU Rus dilində. Yazılış tarixi 5 may, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara makina çapı ilə yazılmışdır. 1 oktyabr, 1928-ci ilə kimi qüvvədə olduğu qeyd edilmişdir. XMK-nın möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Xalq Maarif Komissarlığı (V.Yakovlev) tərəfindən Zakatala Pedaqoji Qadın Texnikumunun tələbəsi olan Pakizə Kəngərliyə dəmir yolu və daxili su yollarından 50% güzəştlə istifadə etmək üçün verilmişdir.
Ölçüsü: 17x24,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
22.TƏMİMNAMƏ Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 6 mart, 1926-cı il, Moskva. Azərbaycan dilində olan mətn saya vərəqə bənövşəyi mürəkkəblə, rus dilində isə olan mətn göy rəngdə makina çapı ilə yazılmışdır. Sənəd Baş Mətbuatın müdiri Lebedev-Polyanskinin, nəzarət şöbəsinin müdiri Redoliskinin, katib Uşakovun və Azərbaycan mətbuatının katibi Axund-zadənin imzaları ilə təsdiqlənmişdir.
Məzmunu:Bütün vilayət, əyalət, ölkə və baş mətbuat müdirlərinə ünvanlanan sənədə əsasən, dərc olunacaq materiallara informasiya şöbəsinin və Baş Mətbuat İdarəsinin siyasi nəzarətinin icazəsinin vacibliyi barəsindədir.
23.VƏSİQƏ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 3 fevral, 1926-cı il, Kəhrizli. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Şuranın sədri Əkbər Qurbanovun imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Kəhrizli Kənd Şurasının sədri tərəfindən İsmayıla gözü ilə bağlı şikayətinə görə Bakıya həkimə getməsi üçün verilmişdir.
Ölçüsü: 21x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 500*.
24.VƏSİQƏ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 mart, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. «Molla Nəsrəddin» jurnalının katibi Əli Nəzminin imzası və redaksiyasının möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyası tərəfindən Lənkəranda yaşayan Əziz Qafarova jurnalın intişarında həqiqətən çalışdığı üçün verilmişdir.
Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 502*.
25.YOXLAMA Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 8 oktyabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Sənəd 6 nəfərin (M.Ə.Əsədullazadə, Ə.Abbasov, M.Qərimov, M.Ə.Rəhimov, H.Əliyev, M.Ə.Seyidov) imzaları ilə təsdiqlənmişdir.
Məzmunu: Fəhlələr üçün nəzərdə tutulan yeməkxanada Danilyanın dəfələrlə içki içdiyini və saat 10-12 radələrində həqiqətən çox içkili olduğuna şahidlik edirlər.
Ölçüsü: 21x15,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 507*.