Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə188/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   184   185   186   187   188   189   190   191   ...   295
10.M.CAVANŞİRİN QEYDLƏRİ
Rus dilində. Yazılış tarixi 28 dekabr, 1841-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qa­ra mürəkkəblə yazılmışdır. Sonda H.Məmmədqulu­za­də­nin xəttilə qara karandaşla «Zametki pokoynoqo brata Mame­da Djevanşir» qeyd olunmuşdur.

Məzmunu: Moskva Müsəlman Dərnəyinin öz tələbələrinin qarşısına qoyduğu vəzifələr, gördüyü işlər və referat üçün islamla bağlı 7 müxtəlif mövzu adları barəsindədir.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 449*.
11.MANDAT
Rus dilində. Yazılış tarixi 5 avqust, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mü­rək­kəblə yazılmışdır. Komitənin məsul müdiri Həsən Səfəro­vun imzası və möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: «Ədalət» İran Kommunist Partiyasının Naxçıvandakı Ölkə Komitəsi tərəfindən məxfi bağlama aparan Mirzə Ələkbər Məmmədquluzadəyə Xudafərin körpüsü vasitəsilə Qaradağa getmək üçün verilmişdir. Üzərində tapança olduğu bildirilir.

Ölçüsü: 17,5x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 451.

12.MANDAT
Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, di­gər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 23 okt­yabr, 1921-ci il, Bakı. Azərbaycan dilində yazılan mətn qa­ra mürəkkəblə, rus dilində olan mətn isə qara rəngdə makina çapı ilə saya vərəqə yazılmışdır. ASSR Xalq Komissarlar Şurasının sədri M.Əfəndiyevin, işlər müdiri B.Bəh­ra­­movun imzaları və Şuranın möhürü ilə təsdiqlənmişdir. ASSR XKŞ-sı tərəfindən Mirzə Ələkbər Məmmədquluzadə­yə veril­mişdir.

Məzmunu: Cəbrayıl qəzasına – Koryaginə iranlı qaçqınlara kömək etmək məqsədi ilə ezam olunduğunu bildirir.

Ölçüsü: 21,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.
13.MANDAT
Rus dilində. Yazılış tarixi 15 dekabr, 1921-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazıl­mışdır. Məsul katibin, işlər müdirinin imzaları və Partiyanın möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: İran Mərkəzi Kommunist Partiyası tərəfindən Mirzə Ələkbər Məmmədquluzadənin Naxçıvan Ölkə Komitə­sinin sərəncamına ezam olunması barəsindədir.
Ölçüsü: 22,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin