10.M.CAVANŞİRİN QEYDLƏRİ Rus dilində. Yazılış tarixi 28 dekabr, 1841-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sonda H.Məmmədquluzadənin xəttilə qara karandaşla «Zametki pokoynoqo brata Mameda Djevanşir» qeyd olunmuşdur.
Məzmunu: Moskva Müsəlman Dərnəyinin öz tələbələrinin qarşısına qoyduğu vəzifələr, gördüyü işlər və referat üçün islamla bağlı 7 müxtəlif mövzu adları barəsindədir.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 449*.
11.MANDAT Rus dilində. Yazılış tarixi 5 avqust, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Komitənin məsul müdiri Həsən Səfərovun imzası və möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: «Ədalət» İran Kommunist Partiyasının Naxçıvandakı Ölkə Komitəsi tərəfindən məxfi bağlama aparan Mirzə Ələkbər Məmmədquluzadəyə Xudafərin körpüsü vasitəsilə Qaradağa getmək üçün verilmişdir. Üzərində tapança olduğu bildirilir.
12.MANDAT Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 23 oktyabr, 1921-ci il, Bakı. Azərbaycan dilində yazılan mətn qara mürəkkəblə, rus dilində olan mətn isə qara rəngdə makina çapı ilə saya vərəqə yazılmışdır. ASSR Xalq Komissarlar Şurasının sədri M.Əfəndiyevin, işlər müdiri B.Bəhramovun imzaları və Şuranın möhürü ilə təsdiqlənmişdir. ASSR XKŞ-sı tərəfindən Mirzə Ələkbər Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Cəbrayıl qəzasına – Koryaginə iranlı qaçqınlara kömək etmək məqsədi ilə ezam olunduğunu bildirir.
Ölçüsü: 21,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.
13.MANDAT Rus dilində. Yazılış tarixi 15 dekabr, 1921-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məsul katibin, işlər müdirinin imzaları və Partiyanın möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: İran Mərkəzi Kommunist Partiyası tərəfindən Mirzə Ələkbər Məmmədquluzadənin Naxçıvan Ölkə Komitəsinin sərəncamına ezam olunması barəsindədir.
Ölçüsü: 22,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.