1.ABUNƏ KİTABÇASI Rus dilində. Yazılış tarixi 1928, 1929, 1930, 1931-ci illər. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Kniqa podpisçikov s 15 noəbrə 1928 q. i 1929 i 1930 qod, 31 qod» qeyd olunmuşdur. Həmin illər üzrə olan abunəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yerləri qırmızı karandaşla bu (X) şəkildə pozulmuşdur.
Ölçüsü: 23x35,5 sm; həcmi: 74 vərəq; fond 6, s.v. 341.
2.ABUNƏ KİTABÇASI Rus dilində. Yazılış tarixi qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki (bəzən bir) üzünə bənövşəyi mürəkkəb və qırmızı karandaşla yazılmışdır. Qara rəngdə qalın cildi var. Abunəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bəzi yerləri qırmızı karandaşla bu (X) şəkildə pozulmuşdur. Kitabçanın arasında ağ sapla bir-birinə tikilmiş yazılı vərəqlər (26,5x36,5 sm) var.
Ölçüsü: 22,5x31 sm; həcmi: 30+10 (boş) vərəq; fond 6, s.v. 343.