KİTABÇASI Rus dilində. 1930-cu il. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Kniqa podpisnoy prodaji inoqorodney 1930 qoda» qeyd olunmuşdur. Həm Azərbaycanda, həm də xaricdə olan abunəçilərin 1930-31-ci illər üzrə siyahısı və haqq-hesabı verilmişdir.
Ölçüsü: 22,5x35 sm; həcmi: 64+9 (boş) vərəq; fond 6, s.v. 342.
6.KASSA KİTABÇASI Rus dilində. Yazılış tarixi 1 avqust, 1925-ci ildən – 29 fevral, 1928-ci il. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi və qara mürəkkəblə yazılmışdır. Tünd qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Molla Nasreddin. Kassovaə kniqa s 1 avqusta 1925 qoda i 1926 q., 1927 q. do 29 fevr. 1928 qoda» qeyd olunmuşdur. «Molla Nəsrəddin» jurnalının illər üzrə ayrılmış haqq-hesabı yazılmışdır. Mətndə qırmızı mürəkkəb və qara karandaşla bəzi qeydlər edilmişdir.
Ölçüsü: 23x36 sm; həcmi: 132+6 (boş) vərəq; fond 6, s.v. 337.