Abunəqəbzləri. Azərbaycan dilində latın əlifbası ilə. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Üz qabığı göy rəngdədir. Kitabçanın hər biri 25 vərəqdən ibarətdir. İstifadə olunmamışdır.
Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nömrəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abunəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.
Ölçüsü: 21,5x11 sm; həcmi: 18 ədəd – hər biri 25 vərəq; fond 6, s.v. 351*.
Abunəqəbzləri:Azərbaycan dilində ərəb əlifbası ilə. Ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Üz qabığı yoxdur. İstifadə olunmamışdır.
Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nömrəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abunəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.