Abunəqəbzləri: Azərbaycan dilində ərəb əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Üz qabığı göy rəngdədir. İstifadə olunmuş 57 vərəq cırılaraq yalnız darkənarı saxlanılmış və üzərində qara karandaşla qeydlər edilmişdir. Qalanları isə istifadə olunmamışdır.
Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nömrəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abunəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.