4.ƏHMƏD BƏY CAVANŞİR
«1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının
siyasi mövcudluğu haqqında»
II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə Həmidə Məmmədquluzadənin xətti ilə yazılmışdır. Üzərində yaşıl rəngdə qalın cildi vardır. Vərəqlər nömrələnmişdir. Ümumi dəftərin I vərəqində «O politiçeskom suhestvovanii Karabaxskoqo xanstva s 1747 po 1805 qod. Peçatano 1901 q. qor Şuşa» qeyd olunmuşdur. Əhməd bəy Cavanşir ön sözdə oçerkin Mirzə Camalın, Mirzə Adıgözəlin, Axund Mirzə Mehdinin və digər şahidlərin hekayətləri əsasında yazıldığını bildirir. 1747-1805-ci illərdə Qafqazda baş verən tarixi hadisələr barəsindədir.
Ölçüsü: 15x20,5 sm; həcmi: 34+21 (boş) vərəq; fond 6, s.v. 462*.
Dostları ilə paylaş: |