«Mirzə Cəlil haqqında xatirələrim» Rus dilində. Yazılış tarixi 6 dekabr, 1944-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Vospominaniə o Mirza Djalile» qeyd olunmuşdur. 1925-ci ildə anası ilə Bakıda olarkən Mirzə Cəlilin evində yaşadığı vaxt «Molla Nəsrəddin» jurnalının növbəti nömrəsinin nəşri işində ona necə kömək etməsindən yazır.
Ölçüsü: 22x29 sm; həcmi:1 vərəq; fond 6, s.v. 353*.
2.CƏLAL
«Mirzə Cəlil (Molla Nəsrəddin) haqqında xatirələrim» Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. 1921-ci ilin əvvəlində dayısının onu Bakıya oxumağa gətirməsindən və yayda Kəhrizlidə dayısı ilə birlikdə istirahət etməsindən yazır.
Ölçüsü: 22,5x30,5 sm; həcmi: 3+1 (boş) vərəq; fond 6, s.v. 354.