12.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)
tərcümeyi-halı»
IV
Rus dilində. Yazılış tarixi 2 may, 1935-ci il, Bakı. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Vərəqlər ərəb rəqəmləri ilə nömrələnmişdir. Dəftərin üzünə qəhvəyi rəngdə üz yapışdırılmışdır. Dəftərin I vərəqində «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. Sonda «Qamida xanum Mamedkulizade. 2-qo maə 1935 q., q. Baku» qeyd edilmişdir. C.Məmmədquluzadənin təqribən 1866-67-ci ildə anadan olması, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoydan (İran) Naxçıvana gəlməsi, atası, «Qeyrət mətbəəsinin yaranması, 1906-1907-ci il hadisələrinə kimi yazır.
Ölçüsü: 14,5x20,5 sm; həcmi: 38 vərəq; fond 6, s.v. 390*.
Dostları ilə paylaş: |