10.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)
tərcümeyi-halı»
II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər ərəb rəqəmləri ilə nömrələnmişdir. İki şagird dəftərindən ibarətdir. Başlıqda «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. Hər dəftərin sonunda «Qamida x.» qeyd edilmişdir. C.Məmmədquluzadənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci ildə vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoydan (İran) Naxçıvana gəlməsi, atası, Həlimə xanım, Nazlı xanım, uşaqları və s. barəsindədir.
Ölçüsü: 17x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 378*.
Dostları ilə paylaş: |