«Molla Nəsrəddindən xatirə» Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Sarı saya vərəqin bir üzünə qara karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. C.Məmmədquluzadə haqqında olan xatirələridir.
Ölçüsü: 22x32,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 355*.
8.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Əhməd bəy Cavanşirin tərcümeyi-halı» Rus dilində. Yazılış tarixi 20 sentyabr, 1944-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Beş şagird dəftərindən ibarətdir. Başlıqda «Bioqrafiə Axmedbeka Djevanşir» qeyd olunmuşdur. Dəftərlərdən birinin üzərində isə «O Qəur-arxskoy kanave. Vospominaniə Qamida x. Mamedkulizade» yazılmışdır. Əhməd bəy Cavanşirin 1828-ci ildə Bakıda anadan olması, onun atası Cəfərqulu bəy, babası Məmməd bəy Cavanşirlər haqda və 1918-ci ilə qədər olan hadisələrdən bəhs olunur.
Ölçüsü: 14,5x21,5 sm; həcmi: 5 dəftər; fond 6, s.v. 386*.