11.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)
tərcümeyi-halı»
III
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Dəftərin I vərəqində «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. Sonda «Qamida xanum» qeyd edilmişdir. C.Məmmədquluzadənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci ildə vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoydan (İran) Naxçıvana gəlməsi, atası, Həlimə xanım, Nazlı xanım, uşaqları və s. barəsindədir.
Ölçüsü: 22,5x29,5 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 389*.
Dostları ilə paylaş: |