«Xurşudbanu Natəvan haqqında xatirələr» Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 oktyabr, 1959-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. XÛX əsrdə yaşayıb yaratmış olan Azərbaycan şairi Xurşudbanu Natavan barəsindədir.
Ölçüsü: 20x28,5 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 457*.
6.ƏLİ AZƏRİ
«Xatirələr (Cəlil Məmmədquluzadə haqqında)» Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi iyun, 1965-ci il, Bakı. İki ümumi dəftərdən ibarətdir. C.Məmmədquluzadə ilə tanışlığından yazır.
I dəftər. Cizgili vərəqlərin hər iki üzünə qara karandaş, qara və göy mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir.
Ölçüsü: 17x20 sm; həcmi: 48 vərəq; fond 6, s.v. 352*.
II dəftər. Cizgili vərəqlərin hər iki üzünə göy mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda belə bir qeyd vardır: «Bakı, iјun, 1965-çi il. duz 44 il».
Ölçüsü: 17x20 sm; həcmi: 24+15 (boş) vərəq; fond 6, s.v. 352*.
Dəftərin arasında Əli Azərinin xatirələrinə dair K.Talıbzadə ilə A.Zamanovun birgə yazdığı iki rəyi vardır. Birincisi saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmış və sonunda 31 avqust, 1965-ci il qeyd olunmuşdur. Digəri isə saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmış və sonunda 30 noyabr, 1965-ci il qeyd olunmuşdur.
Ölçüsü: 21x30 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 352*.