15.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
(1921-ci il, iyun ayından sonrakı xatirələrim)
III
Rus dilində. Yazılış tarixi 1935-ci il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. On altı şagird dəftərindən ibarətdir. Başlıqda «Vospominaniə Q.x. Mamedkulizade. 1921 qod s iönə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı iyun, 1921-1931-ci illərin xatirələridir.
Ölçüsü: 16,5x20,5 sm; həcmi: 16 dəftər; fond 6, s.v. 380*.
16.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
(1920-1921-ci il xatirələrim)
IV
Rus dilində. Yazılış tarixi 1935-ci il; dekabr, 1935-ci il; fevral, 1936-cı il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İyirmi beş şagird dəftərindən ibarətdir. Başlıqda «Vospominaniə Q.x. Mamedkulizade. 1920 i 1921 qod» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1920-21-ci illərin xatirələridir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 25 dəftər; fond 6, s.v. 381*.
Dostları ilə paylaş: |