31.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
XIX
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Vərəqlərin nömrələnməsi zamanı 60-dan sonra 70 vurulmuşdur. Başlıqda «Moi vospominaniə. Vospominaniə. Q.x. Mamedkulizade» qeyd olunmuşdur. Bəzi vərəqlərin ya yuxarı, ya da aşağı hissəsinə makinada yazılmış hissə əlavə olaraq yapışdırıldığı üçün vərəqin ölçüsü də böyümüşdür. 54-cü səhifədən sonra mətn boyu bir çox yerlər qara karandaş və göy mürəkkəblə bu (X) şəkildə pozulmuşdur. C.Məmmədquluzadənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci ildə vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoydan (İran) Naxçıvana gəlməsi, atası, Həlimə xanım, Nazlı xanım, uşaqları və s. barəsindədir.
Ölçüsü: 20,5x29,5 sm; həcmi: 220 vərəq; fond 6, s.v. 390*.
Dostları ilə paylaş: |