25.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
XIII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Üç şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-1930-cu illərin xatirələridir.
Ölçüsü: 16,5x21 sm; həcmi: 3 dəftər; fond 6, s.v. 387*.
26.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
XIV
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İki şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. Həmidə xanımın atası Əhməd bəy Cavanşir barəsindədir. 1885-1887-ci illərin xatirələridir.
Ölçüsü: 17x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 387*.
Dostları ilə paylaş: |