21.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
IX
Rus dilində. Yazılış tarixi 1935-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. On yeddi şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-08, 1910-13-cü illərin xatirələridir.
Ölçüsü: 15x21 sm; həcmi: 17 dəftər; fond 6, s.v. 385*.
22.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
X
Rus dilində. Yazılış tarixi 1933-cü il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Dəftərin üzü tünd qəhvəyi rəngdədir. Səhifələr nömrələnmişdir. Sonda «Moi vospominaniə. Qamida x., 1933 q., Baku» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-07-ci illərin xatirələridir.
Ölçüsü: 14,5x20,5 sm; həcmi: 36 vərəq; fond 6, s.v. 386*.
Dostları ilə paylaş: |