«Sabir haqqında xatirələrim» Rus dilində. Yazılış tarixi 3 noyabr, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili dəftər vərəqlərinin hər iki üzünə qara karandaşla yazılmışdır. Dəftərin I vərəqində «Vospominaniə o Sabire» qeyd olunmuşdur. Sonda bənövşəyi mürəkkəblə Azərbaycan dilində ərəb əlifbası, latın əlifbası ilə və rus dilində Sabirin Həmidə xanıma həsr olunmuş iki beyt qəzəli yazılmışdır. Mətn üzərində bənövşəyi mürəkkəblə düzəliş edilmişdir. Özünün və C.Məmmədquluzadənin 1910-cu ildə Sabirin xəstəliyi dövründə ona yardımçı olması və şairin 1911-ci il iyulun 13-də Şamaxıda vəfatı barəsindədir.
Ölçüsü: 17x21 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 388*.
Həmin dəftərin arasında adı və tarixi bilinməyən qəzet parçası vardır. Rus dilində yazılmışdır. Ə.Haqverdiyevin ölümünün 3 illiyinə həsr olunmuş məqalənin müəllifi Ə.Şərifdir. Məqalə Ə.Haqverdiyevin həyat və yaradıcılığı barəsində yazılmışdır.
Ölçüsü: 41x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 388*.