«Tərcümeyi-hal» Rus dilində. Yazılış tarixi 25 mart, 1930-cu il, Şuşa. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Başlıqda «Bioqrafiə» qeyd olunmuşdur. Məmmədbəyin nəvəsi, Cəfərqulu bəyin oğlu Əhməd bəy Cavanşirin 1828-ci il, martın 2-də Kəhrizlidə anadan olması, ilk təhsilini mollaxanada alması, 1843-cü ildə Mehdiqulu xanla Peterburqa getməsi, I Nikolayın istəyi ilə təhsil alıb işləməsi, Qafqazın tarixi, arxeologiya və etnoqrafiyası haqda əsərlərinin olması və yazılarının altında həmişə özünün tam adını göstərməsi barəsindədir.
Ölçüsü: 20,5x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 447*.
36.QEYD Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Həmidə xanımın «Molla Nəsrəddinlə» bağlı qeydləridir.
Ölçüsü: 11x31,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 357*.
37.QEYD Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin bir üzünə bənövşəyi karandaşla yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haqqında yazdığı «Xatirələrim»in 37-ci səhifəsinə əlavədir. C.Məmmədquluzadənin 1925-ci ildə «Molla Nəsrəddin» jurnalının 2-ci nömrəsində dərc olunan «Yas çavuşu» adlı kiçik məqaləsindəki qadın obrazı barəsindədir.
Ölçüsü: 21x14,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 407*.
38.QEYD Rus dilində. Yazılış tarixi 27 fevral, 1937-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haqqında yazdığı «Xatirələrim»in 63-cü səhifəsinə əlavədir. C.Məmmədquluzadə ilə məhsuldar torpaq icarəyə götürmələri, əkmələri, mayın sonu-iyunun əvvəllərindəki Gəncə üsyanı barəsindədir.
Ölçüsü: 21x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
39.QEYD Rus dilində. Yazılış tarixi 6 dekabr, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haqqında yazdığı «Xatirələrim»in 118-ci səhifəsidir. 4 yanvar, 1932-ci il – yəni C.Məmmədquluzadənin vəfatı günü barəsindədir.
Ölçüsü: 20,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 408*.
40.QEYD Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Dəftərin vərəqləri nömrələnmişdir. Mətn boyu Azərbaycan dilində ərəb əlifbası ilə şeir parçaları vardır. H.Məmmədquluzadə tərəfindən müxtəlif səhifələrə verilən qeydlər İbrahim-Xəlil xanın böyük oğlu, Azərbaycanın böyük şairlərindən olan «Azərbaycan tutisi» imzalı Əbülfət-xan (Cavanşir) barəsindədir.
Ölçüsü: 15x21,5 sm; həcmi: 4+4 (boş) vərəq; fond 6, s.v. 409*.