11.RUSSKAƏ DEVUŞKA Rus dilində. Yazılış tarixi may, 1934-cü il, Kürdəmir. C.Məmmədquluzadənin «Rus qızı» hekayəsini Azərbaycan dilindən Həmidə Məmmədquluzadə tərcümə etmişdir. Cizgili dəftərxana vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1-ci səhifəsində «Russkaə devuşka», «perevod iz soç. «Molla Nasreddina», son səhifəsində isə «perevela Qamida x.», «1934 q. May. Kördamir» sözləri qeyd olunmuşdur. 13-cü vərəq yarıdan eninə kəsilmişdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 21x35 sm; həcmi: 13 vərəq; fond 6, s.v. 61.