1.BAYATILAR Azərbaycan dilində kiril əlifbası ilə və rus dilində. Yazılış tarixi 1944-cü il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Bir şagird dəftərindən ibarətdir. Üzərində qara karandaşla «Baətı» qeyd olunmuşdur. Həm özünün, həm də digərlərinin dilindən eşitdikləri bayatılar Həmidə xanımın xətti ilə yazılmışdır.
Ölçüsü: 16x20 sm; həcmi: 4+1 (boş) vərəq; fond 6, s.v. 453*.
2.DİN HAQQINDA MƏQALƏ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 may, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya (14) və cizgili (6) vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 6-cı səhifədən sonrakı səhifəyə nömrə vurulmamış və sonradan 7-lə davam etdirilmişdir. Sərlövhəsi yoxdur. Dini mövzudadır. Əlyazmanın sonunda «1 may 1926. Məşədi Əbdülkərim» sözləri yazılmışdır. Bir çox səhifələrin kənarında köndələn şəkildə mətnə əlavələr edilmişdir. Əsər üzərində təshih işi aparılmışdır.
Ölçüsü: 18x22,5 sm; həcmi: 20 vərəq; fond 6, s.v. 68*.