II məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Vtoroe pisğmo Molla Nasreddina k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (ikinci məktub)» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
III məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Statğə iz jurnala «Molla Nasreddin» za 1907 q. № 20. Armənskie i musulğmanskie jenhinı» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 20-ci sayında dərc olunan «Erməni və müsəlman övrətləri» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
Həmin dəftərin 7-ci vərəqinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmış bir qeyd vardır. Başlanğıcı həm ingilis, həm də rus dillərindədir. Qeyd Tiflisdə bir müsəlmanın köhnə fikirlərə, adət-ənənələrə, inanclara qarşı mübarizə aparmaq məqsədilə həftəlik jurnal nəşr etdirməsi barəsindədir.
Ölçüsü: 17x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 178*.
8.POÇTOVIY ƏHİK
I
Rus dilində. Yazılış tarixi, harada və kim tərəfindən tərcümə olunduğu qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinin Azərbaycan dilindən tərcüməsidir. Pərakəndə cizgili dəftərxana vərəqlərinin hər iki üzünə qara karandaşla yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifədə «Poçtovıy əhikc», «Rasskaz Djalila Mamed-kuli-zade» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 22x36 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 35*.
9.POÇTOVIY ƏHİK
II
Rus dilində. Yazılış tarixi 30 may, 1934-cü il. Harada yazıldığı qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qutusu» hekayəsini Azərbaycan dilindən Həmidə Məmmədquluzadə tərcümə etmişdir. 6 saya və 6 müxtəlif ölçülü cizgili pərakəndə vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifəsində «Perevod s törskoqo soç. «Molla Nasreddina»», «Poçtovıy əhik», son səhifəsində isə «30 maə 1934 q.», «Q.x. Mamedkulizade» sözləri qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 21x30–22x41 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 36.
10.PRİЁM
Rus dilində. Yazılış tarixi 21 may, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. Sonda «Perevela Qamida xanum M.K.Z. 21-qo maə 1936 q.» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 10+1 (boş) vərəq; fond 6, s.v. 384*.
Dostları ilə paylaş: |