7.NAĞILLAR52 «Baftaçı Şah Abbas». Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 1936-cı il, Balaxanı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «Toplayanı: Ə.H.Tahirov. Söyləyəni: Balaxanı – Tonus Bəhram oğlu» qeyd olunmuşdur. Üzərində ciddi təshih işi aparılmışdır.
«İlyasın nağılı». Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üzərində ciddi təshih işi aparılmışdır. Əsərin müəllifi göstərilməmişdir.
Ölçüsü: 22,5x32 sm; həcmi: 20 vərəq; fond 6, s.v. 461*.
«Qırx qönçə xanım». Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 16 oktyabr, 1937-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «Deyəni: Kərbəlayi Həsən Yusif oğlu. Toplayanı: Baqi Hüseynov» qeyd olunmuşdur. Üzərində ciddi təshih işi aparılmışdır.