9.RZA ŞAHVƏLƏDOV
«Molla və kəndçilər»
I
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Molla və kəndçilər. Kəndli həyatından götürülmüş bir pərdəli inqilabi dramadır», sonunda isə «Əsər: Rza Şahvələdov» qeyd olunmuşdur.
Ölçüsü: 20,5x29,5 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 463*.
10.RZA ŞAHVƏLƏDOV
«Molla və kəndçilər»
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1 dəftərdən ibarətdir. Səliqəlidir. Üz vərəqində «Molla və kəndçilər. Kəndli həyatından götürülmüş bir pərdəli inqilabi dramadır» və «Əsər: Rza Şahvələdov» qeyd olunmuşdur. Üzərində «Razreşeno Azlitom 8.XII.1925 q. №__ Politredaktor Axundzade» sözləri həkk olunmuş bənövşəyi rəngdə ştampı var.
Ölçüsü: 18x22 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 463*.
11.SEYİDLƏR
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlığında «Seyidı. İstoriə prejnix vremёn» qeyd olunmuşdur. Müəllifi məlum olmayan hekayə Həmidə xanımın xətti ilə yazılmışdır. Natamamdır.
Ölçüsü: 20x30 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 458*.
12.TƏMSİLLƏR
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər ağ sapla bir-birinə tikilmişdir. Müəllifi və tərcüməçisi göstərilməmişdir. 13 təmsilin tərcüməsi nəzmlə yazılmışdır. Təmsillərin adları: «Kirpi və dovşan», «Sazanda», «Bülbül və eşşək», «Qazlar», «Meymun və eşşək», «Qarğa və bülbül», «Tülkü və qarğa», «Tülkü və qurd», «Əkinçi və pinəçi», «Tülkü və üzük», «Yolçu və tülkü», «Qarğa və sağsağan», «Tənbəl əkinçiyə tənə».
Ölçüsü: 18x22,5 sm; həcmi: 10+4 (boş) vərəq; fond 6, s.v. 455*.
FOTOŞƏKİLLƏR
Dostları ilə paylaş: |