I ««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə» adlı məqalə Kazımoğlu53 imzası ilə yazılmışdır. Azərbaycan dilində kiril əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqda yazılan məqalələrə (N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, H.Cavidin müsbət fikirlərinə) öz yaxşı münasibətini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.
II ««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə. (dünənki sayından mabəd)» adlı məqalə Kazımoğlu imzası ilə yazılmışdır. Azərbaycan dilində kiril əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Əvvəlki məqalənin davamıdır. «Ölülər»in ilk tamaşası haqda yazılan məqalələrə öz fikrini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 356*.
III ««Ölülər» haqqında» adlı məqalənin müəllifi Hacı İbrahim Qasımovdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Bəsirət» qəzeti, № 94. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Mirzə Cəlilin «Ölülər»i ölü fikirləri dirildəcək qədər mahiranə bir üsulda yazdığını bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
IV «Ölülər» adlı məqalə «Seyrçi» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Yeni iqbal» qəzeti, 2 may, 1916-cı il, № 297. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Müəllif Kefli İsgəndərin müsbət surət kimi verilməsinə etirazını və eləcə də aktyorların oyunundan narazı qaldığını bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
V «Ölülər» haqqında təsirat» adlı məqlə «Bir nəfər» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Açıq söz» qəzeti, 2 may, 1916-cı il, № 174. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqqında deyilmiş fikirlərə (S.Qənizadə, H.Cavid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyov) yekun vuraraq yazır: «Allah insanı fikirləşmədən danışan, ideyanın nə olduğunu bilməyərəkdən ideyabazlıq edən münəqqidlərdən hifz etsin».
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.