MUSULĞMANSKİE JENHİNI Hər iki üzü yazılmış 8 vərəqli cizgili şagird dəftərində Həmidə xanımın C.Məmmədquluzadə haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etdiyi 3 məqalə vardır. Sonda bir vərəq boş saxlanılmışdır.
I məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Perevod otkrıtoqo pisğma «Molla Nasreddina» k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (əvvəlinci məktub)» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.