17.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
V
Rus dilində. Yazılış tarixi oktyabr, 1935-ci il; yanvar, 1936-cı il; 18 fevral, 1936-cı il, Bakı. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. İyirmi şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-1921-ci illərin xatirələridir.
Ölçüsü: 14,5x20,5 sm; həcmi: 20 dəftər; fond 6, s.v. 382*.
18.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
VI
Rus dilində. Yazılış tarixi 1935-1936-cı illər, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. İyirmi beş müxtəlif ölçülü şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-1913-cü illərin xatirələridir.
Ölçüsü: 14,5x21,5 sm – 17x21 sm; həcmi: 25 dəftər; fond 6, s.v. 383*.
Dostları ilə paylaş: |