4.ABUNƏÇİLƏRİN SİYAHI KİTABÇASI Rus dilində. 1917-ci il. Cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində qara rəngdə makina çapı ilə «Podpisnaə kniqa jurnala «Molla-Nasr-Gddin» za 1917 qod» qeyd olunmuşdur. 1917-ci ildə Azərbaycanda, 49-cu səhifədən başlayaraq isə xaricdə «Molla Nəsrəddin» jurnalı abunəçilərinin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yerləri qırmızı və göy karandaşla bu (X) şəkildə pozulmuşdur.
Ölçüsü: 22,5x35 sm; həcmi: 111 vərəq; fond 6, s.v. 335.