DİGƏR SƏNƏDLƏR 1.AKT Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 may, 1911-ci il, Kəhrizli. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sənəd 3 nəfərin adları (Əlibala Abbasov, Gülyaz, Əli Əsgər Abbasov) ilə təsdiqlənir.
Məzmunu: Kəhrizlidə Novruz bayramında Həmidə xanım ilə birgə kəmərxəttə çəkdiyi xərc barəsindədir.
Ölçüsü: 13x21 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 392*.
2.ARAYIŞ Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 6 oktyabr, 1929-cu il, Ordubad. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Ordubad Rayon İcraiyyə Komitəsinin hesabdarının imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Ordubad RİK-si tərəfindən təyin edilmiş İbn-Yəmin Allahverdiyevin Ordubadın bütün idarələrindən «Molla Nəsrəddin» jurnalına 162 manat məbləğində abunə toplaması və Komitənin hesabında pul olmadığı üçün bir neçə gündən sonra ödəniləcəyi göstərilir.