14.SIĞORTA KİTABÇASI Rus dilində. Yazılış tarixi aprel, 1929-cu ildən – mart, 1930-cu il. Kitabça bənövşəyi mürəkkəblə yazılmışdır. Üzü açıq bənövşəyi rəngdədir. Kitabçanın əvvəlində həm Azərbaycan dilində latın əlifbası ilə, həm də rus dilində ev qulluqçusunu qəbul etmək barəsində 4 bənddən ibarət şərtlər vardır. Kitabçanın üzərində qara hərflərlə «Azerbaydjanskiy Respublikanskiy Komitet Soü. Straxovaniə. Liüovoy sçёt straxovatelə № 1843. Knijka obcəvleniy № 1743 dlə uplatı straxotçisleniy za domrabotniüu. Po tarifu 2 rub. 15 kop.» qeyd edilmişdr. Hər səhifədə ödəyən tərəf kimi «Mixailova» imzasına rast gəlinir. Aylar üzrə ödənilən məbləğlərin kötükləri saxlanılaraq, özləri cırılıb götürülmüşdür.
Məzmunu: Ev qulluqçusu ilə hesablaşma barəsindədir.
Ölçüsü: 11x8,5 sm; həcmi: 19 vərəq; fond 6, s.v. 410*.
15.SİYAHI Rus dilində. Yazılış tarixi 1906-cı il, Tiflis. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sonda qara karandaşla belə bir qeyd var: «1906 qod q. Tiflis. Pisala pod diktovku M.Djalila dlə tiraja kniqi otüa Axmedbeka Djevanşir».
Məzmunu: H.Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirin kitab köşklərinə, müxtəlif şəxslərə, Qori seminariyasında F.Köçərliyə, Astraxanda nəşr olunan «Bürhani-tərəqqi» qəzetinin redaksiyasına, «Qeyrət» mətbəəsinə göndərilən kitablarının siyahısıdır.
Ölçüsü: 15,5x44 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
16.SİYAHI Rus dilində. Yazılış tarixi 1934-cü il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə etdiyi tərcümələrin siyahısını tutmuşdur.
Məzmunu: Bəhriyanın sifarişi ilə «Azərbaycan türk nağılları» kitabı üçün tərcümə etdiyi 19 hekayənin adları bildirilir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
17.SİYAHI Rus dilində. Yazılış tarixi 12 iyul, 1944-cü il, Bakı. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə gördüyü işlərin siyahısını tutmuşdur.
Məzmunu: AzOZFAN-ın sifarişi ilə 1931-ci ildən Əhmədbəy Cavanşir və 1934-cü ildən Molla Nəsrəddin haqda xatirə yazmağa başladığını, Mirzə Cəlilin «Poçt qutusu», «Yan tütəyi», «Rus qızı» hekayələrini, V.Luqovskinin sifarişi ilə «Antaloqiə» üçün Azərbaycan şairlərinin şeirlərini, professor Bəhriyanın sifarişi ilə 19 hekayə, «İnqilab ədəbiyyatı» jurnalında dərc olunan N.Nərimanov haqda hekayəni, Mir Cəlalın «Voskresnıy çelovek» əsərini, 1935-ci ildən isə «Literaturnıy Azerbaydjan» jurnalı üçün tərcümələr etdiyini bildirir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 407*.
18.ŞƏHADƏTNAMƏ Vərəqin yarısında Azərbaycan dilində ərəb əlifbası ilə, digər yarısında isə həmin mətn rus dilində. Yazılış tarixi 8 fevral, 1903-cü il, Tiflis. Şəhadətnamə Ruhani İdarəsinin sədri, Zaqafqaziya Şeyx-ül-İslamı A.A.Axundzadə, idarənin üzvləri A.A.Sultan Hüseynbəyov, A.Qazızadə, katib H.Həsənzadənin imzaları ilə təsdiqlənmişdir. Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində yaşayan Həmidə xanıma verilmişdir.
Məzmunu Əhməd bəy Cavanşirin İbrahimbəyin qızı Xeyransa xanımla birgə nikahından olan Həmidə xanımın 1872-ci il, 24 dekabrda anadan olması təsdiqlənir.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 391*.