UŞAQLARINA AİD SƏNƏDLƏR 1.ARAYIŞ Rus dilində. Yazılış tarixi 7 dekabr, 1929-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Arayış redaktor əvəzi Ə.Nəzminin, katib Dobrodeyevin imzaları və «Molla Nəsrəddin» jurnalı idarəsinin möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Tələbə olan Midhətin atası C.Məmmədquluzadənin həqiqətən «Molla Nəsrəddin» jurnalının redaktoru olduğu bildirilir.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 434*.
2.ARAYIŞ Azərbaycan dilində latın əlifbası ilə və rus dilində. Yazılış tarixi 31 avqust, 1939-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Sənəd Azərbaycan Dövlət Tibb İnstitutunun tələbə işləri katibinin imzası və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tərəfindən Ənvərə verilmişdir.
Məzmunu: Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi olduğu bildirilir.
Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 438*.