3.BAĞIŞLAMA AKTI
Rus dilində. Yazılış tarixi 1915-ci il, Şuşa. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Həmidə xanımın Şuşa qəzasının Kəhrizli kəndində mülkiyyəti olan torpaq sahəsini 7 bənddən ibarət şərtlə tədris idarəsinə verməsi barəsindədir.
Ölçüsü: 22x34,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 406.
Bu sənədlə yanaşı üzərində müxtəlif məzmunlu mətnlərdən olan daha bir cizgili qoşa vərəq vardır. Vərəqin I səhifəsində Həmidə xanım tərəfindən 3 rayonun Xalq Texnikumlarının inspektoruna rus dilində qara mürəkkəblə yazılmış məktubdur. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir.
Məzmunu: İpək toxuculuq emalatxanasının eni, uzunu, sənədləri və Kəhrizliyə köçürülməsi barəsindədir.
II və III səhifələrdə Həmidə xanım tərəfindən yuxarıda göstərilən «Bağışlama aktı» qaralama şəklində qara karandaşla rus dilində yazılmışdır.
IV səhifədə isə Həmidə xanım tərəfindən Yelizavetpol Qubernatoruna rus dilində qara mürəkkəblə ərizə yazılmışdır. Şuşa. Yazılış tarixi qeyd edilməmişdir.
Məzmunu: Kəhrizlidə mülkiyyəti olan torpaq sahəsinin bir hissəsinin tədris idarəsinə verilməsi barəsində natoriat kantorunda təsdiqlənmiş sənədlərin bu yaxınlarda hazır olacağını bildirir.
Ölçüsü: 22x35 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 406*.
4.ƏRİZƏ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi yanvar, 1928-ci il, Şuşa. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə yazılmışdır.
Məzmunu: Şuşada yerli hökumət tərəfindən oxunan siyahıda onun səs hüququndan məhrum olduğunu bildirir. Səs hüququnun ona qaytarılmasını xahiş edir.
Ölçüsü: 19x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 395*.
5.ƏRİZƏ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 22 dekabr, 1928-ci il, Şuşa. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Şuşa Rayon Seçki Komissiyonuna yazılmışdır.
Məzmunu: Seçki Komissiyonunun onu seçki hüququndan məhrum etdiyini bildirir və səs hüququnun ona qaytarılmasını xahiş edir.
Ölçüsü: 13x23 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 395*.
6.ƏRİZƏ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Azərbaycan Dövlət Muzeyinin direktoruna yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin əlyazmalarının, sənədlərinin, kitablarının, digər əşyalarının muzeydə saxlanıldığını bildirir. Onun 371966 №-li brauninq tipli tapançasının vəsiqəsi ilə birlikdə həmin muzeydə qorunması üçün müvafiq orqanların vasitəsilə şərait yaradılmasını xahiş edir.
Ölçüsü: 21x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 395*.
H.Məmmədquluzadə həmin revolverin Mirzə Cəlilin həyatındakı tarixi əhəmiyyətini qısa şəkildə yazaraq («Kratkaə istoriə revolğvera») ərizəyə əlavə etmişdir. Rus dilində. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkəblə yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalının 19 may, 1907-ci il, 20-ci №-də «Molla Nəsrəddin» imzası ilə «Erməni və müsəlman qadınları» məqaləsini və 20 yanvar, 1908-ci il, 3-cü №-də Nəcəf şəhərinin müctəhidlərinin karikaturalarını dərc etdirdiyinə görə onun ölümünə fitva verənlərdən özünümüdafiə məqsədilə silah alıb gəzdirməyə məcbur olması barəsindədir.
Ölçüsü: 22x34 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 395*.
7.ƏRİZƏ
Rus dilində. Yazılış tarixi 23 noyabr, 1934-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Azərbaycan Dövlət Nəşriyyatının direktoruna yazılmışdır.
Məzmunu: C.Məmmədquluzadənin əsərlərini, sənədlərini, kitablarını, digər əşyalarını muzeyə təqdim etdiyini bildirir. Onun 371966 №-li brauninq tipli tapançasının həmin muzeydə qorunması üçün vermək istədiyini bildirir. H.Məmmədquluzadə həmin tapançanın Mirzə Cəlilin həyatındakı tarixi əhəmiyyətini də qısa şəkildə yazaraq ərizəyə əlavə etmişdir.
Ölçüsü: 22x30 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 398*.
Dostları ilə paylaş: |