PROQRAM VƏ QURULUŞU Rus dilində. Yazılış tarixi 24 yanvar, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Jurnalın redaktoru C.Məmmədquluzadə tərəfindən Azərbaycan Mərkəzi Komitəsinin Mətbuat şöbəsinə, bir surəti isə Xalq Komissarlar Şurasına göndərilmişdir. I vərəqdə C.Məmmədquluzadə tərəfindən bənövşəyi mürəkkəblə rus dilində «Kop. Sovnarkomu» qeyd olunmuşdur. Smeta, məsarif və ştat haqda olan vərəqələrin hər biri 2 nüsxədədir.
Məzmunu: I vərəqdə «Molla Nəsrəddin» jurnalının 1931-ci ildə proqram və quruluşu, II vərəqdə smetası, III vərəqdə məsarifi, IV vərəqdə isə ştatı barəsində məlumat verilir.
Ölçüsü: 21x29,5 sm; həcmi: 7 vərəq; fond 6, s.v. 330.
31.MÜQAVİLƏ Rus dilində. Yazılış tarixi 27 oktyabr, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı və bənövşəyi mürəkkəblə yazılmışdır. Müqavilə M.Əzizbəyov adına Birləşmiş Mənzil Kooperativ İdarəsi ilə «Molla Nəsrəddin» jurnalının redaktoru arasında bağlanmışdır.
Məzmunu: 1 oktyabr 1928-ci ildən 1 oktyabr 1929-cu ilə kimi Poçtovaya küçəsi, ev № 64-də bir otaqlı mənzilin kirayəsi barəsindədir.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 329*.
32.MÜQAVİLƏ Rus dilində. Yazılış tarixi 25 iyun, 1936-cı il, Bakı. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Müqavilə Az. SSR Elmlər Akademiyası nəşriyyatının direktoru Abdulla Hüseyn oğlu Vəliyevlə C.Məmmədquluzadənin varisi Həmidə xanım Əhməd qızı Məmmədquluzadə arasında bağlanmışdır. Sənəd sonda Həmidə xanım və nəşriyyatın direktoru tərəfindən təsdiqlənir.
Məzmunu: Müqaviləyə əsasən C.Məmmədquluzadənin üçcildlik seçilmiş əsərlərinin nəşri işini nəşriyyatın ixtiyarına buraxır. Əvəzində isə nəşriyyat 27 m.v. həcmində olan işin hər müəllif vərəqi üçün Həmidə xanıma qonorar verməlidir.
Ölçüsü: 20x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 332*.