Ali-Muhammedin sirleri indd


İmam Əlinin (ə) müharibələrdəki mövqeyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə109/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   105   106   107   108   109   110   111   112   ...   410
Ali-Muhemmedin sirleri

İmam Əlinin (ə) müharibələrdəki mövqeyi
Vay olsun sənə, ey Qeysin oğlu! Əffanın oğlu öldürüldüyü zaman yardı-
mım olunca nə etdiyimi gördünmü? Bəsrə (Cəməl) döyüşündə onlar dəvələrinin 
ətrafında ikən məndə bir zəifl ik,  gecikmə, qorxu və ya qüsur gördünmü?! 
Onunla olanlar lənətlənmişlər, o dəvənin ətrafında öldürülənlər lənətlənmişlər! 
Tövbə etmədən və bağışlanma diləmədən geri dönənlər də  lənətlənmişlər! 
Onlar mənim yardımçılarımı öldürdülər, mənimlə olan beyətlərini pozdular, 
idarəçiliyi parça-parça etdilər və mənə qarşı çıxdılar. 
Mən on iki min adamla onların üzərinə getdim. Onların sayı yüz iyirmi 
mindən çox idi. Allah bizi onlara qalib etdi, bizim əlimizlə onları öldürdü və 
möminlərin qəlblərinə şəfa verdi.
Ey Qeysin oğlu! Siffi n savaşımızı necə gördün? Allah bizim əlimizlə onlar-
dan əlli min adamı öldürdü. Ayrı-seçkilik etmədən hamısını oda atdı.
Nəhrivan günü Mariqinlərlə qarşılaşdığımızda bizi necə gördün? Onlar 
həmin gün dünya həyatında səyləri puç olmuş  kəslərin dininə bağlanmış  və 
əməllərinin gözəl olduğunu zənn edirdilər. Allah onları bizim əllərimizlə öldür-
dü və ayrı-seçkilik etmədən hamısını oda atdı. Onlardan on nəfər sağ qalmadı 
və möminlərdən on nəfəri belə öldürə bilmədilər.
Vay olsun sənə, ey Qeysin oğlu! Heç mənim və ya mənimlə bayrağın geriyə 
qaçdığını görmüsənmi? Sənmi məni qınayırsan, ey Qeysin oğlu? Halbuki mən 
olduğum hər bir yerdə Peyğəmbərə (s) yoldaş idim. Onu izləyir və çətinliklər 
qarşısında ən öndə dayanırdım. Nə qaçdım, nə də gözündən itdim, nə acizlik 
göstərdim, nə yerimi tərk etdim və  nə düşmənə arxamı çevirdim. Çünki nə 
bir peyğəmbərə və nə də vəsiyə döyüş libasını geydikdən və düşmən üzərinə 
hərəkət etdikdən sonra ölənə və ya Allah ona zəfər bəxş edənə qədər geri qa-
yıtmaq yaraşmaz.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin