30
Suleym ibn Qeys Hilali
Yaşlı səhabə yanına gətirildikdən sonra Səhhakın oğlu Əliyə (ə) dedi:
“Beyət elə, bu hadisələri özündən uzaqlaşdır!” Əli (ə) dedi: “Əgər etməsəm
nə edəcəksiniz?” Dedilər: “Səni zəlil vəziyyətdə qətlə yetirəcəyik”. Dedi:
“Demək Allah bəndəsini və Peyğəmbərin (s) qardaşını qətlə yetirəcəksiniz?!”
Yaşlı səhabə dedi: “Allahın
bəndəsini bəli, amma Peyğəmbərin qardaşı olduğu-
nu təsdiq etmirik”. Əli (ə) dedi: “Peyğəmbərin mənimlə öz arasında qardaşlıq
yaratdığını inkarmı edirsiniz?” Dedi: “Bəli, inkar edirik”. Bu sualı onlara üç
dəfə verdi.
Sonra Əli (ə) onlara yaxınlaşıb dedi: “Ey müsəlmanlar, mühacirlər və
ənsar!
Sizi Allaha and verirərm, Qədir Xum günü Peyğəmbərin fi lan-fi lan,
Təbuk günündə isə fi lan-fi lan sözləri dediyini eşitmədinizmi?! İmam (ə) onlara
Peyğəmbərin (s) camaat arasında söylədiyi açıq-aydın sözlərini bir-bir xatırlat-
dı. Onlar da: “İlahi, bəli, elədir” dedilər.
* * *
İnsanların Əliyə (ə) kömək edəcəyindən qorxan yaşlı səhabə Əliyə (ə)
dedi: “Sənin söylədiklərinin hamısı haqdır, bunları qulaqlarımızla eşitmiş, an-
lamış və qəlbimizdə qorumaqdayıq. Lakin bunlardan sonra Peyğəmbərin (s)
belə söylədiyini eşitməmisən: “Biz Allahın
seçdiyi Əhli-Beytik, Allah bizi
seçmiş və axirəti bizim üçün dünyadan üstün tutmuşdur. Allah bizim üçün
peyğəmbərliklə xilafəti bir yerdə (bu dünyada) cəm etmədi”.
İmam Əli (ə) buyurdu: “Buna səninlə birgə Peyğəmbər səhabələrindən
kimsə şahid olubmu?” Səhhakın oğlu dedi: “Peyğəmbər
xəlifəsi düz deyir, bunu
söylədiyi kimi Peyğəmbərdən eşitmişəm. Əbu Übeydə, Əbu Hüzeyfənin köləsi
Salim və Muaz ibn Cəbəl dedilər: “Düz deyir, bunu Peyğəmbərdən eşitmişik”.
Dostları ilə paylaş: