Amerika məktəblərinin növləri


Amerika məktəblərinin növləri



Yüklə 28,12 Kb.
səhifə2/5
tarix25.11.2022
ölçüsü28,12 Kb.
#70534
1   2   3   4   5
ABŞ məktəb sistemi

1.Amerika məktəblərinin növləri

ABŞ-da təxminən 120 min orta məktəb mövcuddur. Bunlardan bir hissəsi özəl, digər hissəsi isə dövlət məktəbləridir.



  • Məktəbəqədər təhsil  

ABŞ-da məktəbəqədər təhsil icbari deyil.  Ölkədə məktəbəqədər təhsil müəssisələri sırasına oyun məktəbləri (play school - azyaşlı uşaqlar əşyaları oynayaraq tanıyırlar), körpələr evi (nursery school) və bağçalar (kindergarten) daxildir. Bundan əlavə, ibtidai məktəblərin (elementary schools) əksəriyyətini beş yaşlı uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri təşkil edir. Adətən bu, ibtidai məktəbin birinci sinfi hesab olunur. 
Amerikanın bəzi məktəbəqədər təhsil müəssisələrində Montessori metodundan istifadə olunur. Bu metod doktor Mariya Montessori tərəfindən 1900-cü ilin əvvəllərində yaradılıb. Həmin metoda əsasən hər bir uşağın özünəməxsus ehtiyacı, marağı və inkişaf xüsusiyyətləri olduğu üçün ona fərdi yanaşma tətbiq olunmalıdır. Bəzi Montessori məktəbləri (Montessori schools) məktəbəqədər təhsil müəssisələrindən (2-5 yaşlı uşaqlar üçün) və ibtidai məktəblərdən (6-12 yaşlılar üçün) ibarətdir.

  • Orta təhsil 

ABŞ-da təxminən 120 min orta məktəb var. Onların 27 mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil alırlar. Məktəb məzunlarının təxminən 30 faizi universitetlərə qəbul olur.
Amerikanın orta təhsil strukturu 12 illik təhsil təklif edir və aşağıdakı pillələri əhatə edir:
1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər);
2. Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər);
3. Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün (X-XII siniflər).

Məktəblərdə fənlərin tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya həmin məktəbin öz siyasətindən asılı olaraq dəyişə bilər.Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir.


Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri əvəz edir. İlin sonunda isə yekun imtahan verilir. Təhsil alanların bu və ya digər fəndən aldığı qiymət yalnız testlərin nəticəsi əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə onun təhsilə münasibəti, məktəb həyatında iştirakı və digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır (Scholastic Aptitude Test-Təhsilin qiymətləndirilməsi testinin). Buraya bacarıqlar üzrə ümumi akademik test, riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi daxildir. Bu test kollec və universitetlərə daxil olmaq imkanı yaradır. 
Tədris ili semestrlərə bölünür və 170-186 gün davam edir. Dərslər 5-6 saat olmaqla həftənin beş günü keçirilir.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin