Antropologiyada yaş və cins problemi


Qol göstəricisi = (Qolun uzunluğu • 100) : Boyun uzunluğu



Yüklə 0,55 Mb.
səhifə16/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   12   13   14   15   16   17   18   19   20
yas-cins antropologiyasi muhaz

Qol göstəricisi = (Qolun uzunluğu • 100) : Boyun uzunluğu
Əgər alınan rəqəm 44,9 – a qədərdirsə braxibraxioniya (qısa qol), 45 – 46,9 arasındadırsa metrobraxioniya (orta ölçülü qol), 47 – dən yuxarıdırsa makrobraxioniya (uzun qol)
Baş göstəricisi = (Başın eni • 100) : Başın uzunluğu
Əgər alınan rəqəm 75,9 – a qədərdirsə dolixokefaliya (uzun baş) , 76,0 - 80,9 arasındadırsa mezokefaliya (orta ölçülü baş) 81,0 – dən yuxarıdırsa braxikefaliya (qısa baş)
Isveç alimi A. Retsius tərəfindən təklif olunmuş bu düstura əsasən kəllədə bu göstərici 1 vahid azdır.
Sifət göstəricisi = (Sifətin morfoloji hündürlüyü • 100) : Sifətin enliliyi
Əgər alınan rəqəm 83,9 – a qədərdirsə еuriprozopiya (enli sifət) , 84 – 87,9 arasındadırsa mezoprozopiya (orta enlilikli sifət), 88 – dən yuxarıdırsa loptoprozopiya (nazik sifət)
Burun göstəricisi = (Burnun eni • 100) : Burnun uzunluğu
Əgər alınan rəqəm 69,9 – a qədərdirsə leptoriniya (nazik burun), 70,0 – 84,9 arasındadırsa mezoriniya (orta ölçülü), 85 – dən yuxarıdırsa platiriniya (enli burun)
Kəllə qutusunun həcmini müəyyənləşdirmək üçün iki düsturdan istifadə olunur:
I. Pirson düsturuna görə :
Həcm = 524,6 + 0,000266 U • E • H (kişilər üçün)
Həcm = 812,0 + 0,000156 U • E • H (qadınlar üçün)
U – kəllənin uzunluğu
E – kəllənin enliliyi
H - kəllənin hündürlüyü
II. Manuvrie düsturuna görə :
Həcm = (U • E • H) : 2,28 ( kişilər üçün)
Həcm = (U • E • H ) : 2,16 ( qadınlar üçün)
Fasiləsiz dəyişən əlamətlər və yaş xüsusiyyətləri

Dəri orqаnizm üçün müxtəlif, eyni zamanda mühüm funksiyalar yerinə yetirir. Belə ki, dəri qoruyucu funksiyadan başqa, eyni zamanda orqanizmdə istilik rejiminin tənzimləyicisi, qaz mübadiləçisi və lamisə orqanı rolunu oynayır. Dərialtı vəzlərdə su, yağ, və çeşidli xloridlər ehtiyatı toplanır.


Bədənin müxtəlif hissələrində dərinin quruluş və qalınlığı fərqlidir : kürək, bud, xüsusilə də ovuc və dabanda qalın olan dəri qatı dodaq, qulaq və göz hissələrində nazikləşir.
Dəri qatında piy və tər vəzləri vardır. Piy vəzlərinin, adətən, tük torbalarına yönəlik ifrazat bоrucuqlаrı həm tüklərın, həm də epidermis qatının yağlanmasına xidmət edir. Tər vəzləri tər ifraz etməklə bədəndəki istiliyi tənzimləyir, azot maddələrinin mübadiləsini təmin edir. Tər eyni zamanda epidermis qatını yağlayır. Bu vəzlər bədənin ayrı – ayrı hissələrində müxtəlif cür yerləşir. Belə ki, ovuc, daban və qoltuqların altında daha çox olan tər vəzləri, gövdə hissəsində təxminən 1 kvadrat santimetrə 40 dənə düşür. Qoltuq altındakı çökəkdə və qasıq nahiyəsində tər, piy vəzlərindən başqa cinsi yetişkənlik dövründə yaranan apokrin vəzləri də vardır. Insan yaşa dolduqca atrofiya nəticəsində dəri öz elastikliyini itirərək qırışmağa məruz qalır. Müxtəlif xalqlarda bu proses fərqli şəkildə baş verir. Dəriləri ən çox qırışıq olan xalqlar buşmenlər və qottentotlar hesab olunurlar.
Antropologiya elmində dəri naxışlarını öyrənən sahə dermatoqlifika adlanır. Dermatoqlifika teminini еlmi ədəbiyyаtdа ilк dəfə 1926 – ci ildə H.Kammins və Ç.Midlo işlətmişlər. Bu naxışlar iki qrupa : fleksor və papilyar xətlərə bölünür. Ovucların içindəki fleksor xətlər insanın rüşeym dövründə yaranır. Dabanlardakı və ovuclardakı papilyar xətlər fleksor xətlərə nisbətən çox olsalar da daha nazikdirlər. Ovuclardakı, xüsusilə də barmaq yastıqlarındakı papilyar xətlər üç növə ayrılırlar :
1. qövsvari xətlər
2. ilgəkvari xətlər
3. ikili ilgəkvari və ya dairəvi xətlər
Müxtəlif istiqamətli papilyar xətlərin qovuşduqları yer delta və ya üç radius adlanır. 1982 – ci ildə F.Halton insanın ovuclаrındakı və dabanlаrınndakı naxışların təkrarlanmadığını sübuta yetirdi. Papilyar xətlər o qədər təkrarolunmaz, fərdi xarakter daşıyır ki, kriminalistikada cinayətkarların qeydiyyatı və aşkar olunmasında bu xətlərin işlənməsi ilə bağlı ayrıca daktiloskopiya adlı sahə fəaliyyət göstərir.
Ən geniş yayılmış papilyar xət növü ilgəkvari naxışlardır. Antropoloji əhəmiyyət kəsb edən naxışların hesablanması üçün müxtəlif düsturlar təklif olunmuşdur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin