Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOLLARIN HASARLANMASI (MƏHDUDLA YICILAR)



Yüklə 0,9 Mb.
səhifə18/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
Avtomobil yollarının müasir problemləri

YOLLARIN HASARLANMASI (MƏHDUDLA YICILAR)

Avtomobilin yoldan çıxması təhlükəsi böyük olan yerlərdə xüsusi məhdudlayıcılar qoyulur. Bu məhdudlayıcılar avtomobil yollarını elə yerlərində qoyulur ki, həmin yerlərdən avtomobilin, yoldan çıxması həm avtomobillərin ciddi zədələnməsi, həmdə insanlar üçün təhlükə ilə nəticələnir. Məhdudlayıcılar metal, kanatlı (tros) və dəmir beton ola bilər. Dağ yollarda, harada ki, avtomobilin yoldan çıxması sərnişinlərin və sürücülərin ciddi zədələnməsi və ölməsi ilə nəticələnə bilər, yolları daş və beton parapet massivləri ilə məhdudlayırlar.

Dartılmış kanatdan (trosdan) məhdudlayıcı kimi istifadə olunması zərbələri yumşaldır. Kanatın yerləşmə səviyyəsini elə seçmək lazımdır ki, istənilən tip avtomobili saxlaya bilsin. Belə məhdudlayıcıların yanına, ətrafına qışda qar yığmaq qadağandır. Lakin kanatdan olan məhdudlayıcılar digər tip məhdudlayıcılara nisbətən sutkanın qaranlıq vaxtı pis görünür. Ona görə də sonrakı hərəkət üçün sürücünün istiqamətlənməsinə az kömək edir. Bundan başqa kanat (tros) yüngül minik avtomobilləri çox əzir və zədələyir.

1960-cı illərdə əksər ölkələrdə tətbiq olunmağa başlayan və geniş yayılan dəmir beton məhdudlayıcıları daha möhkəm və bərkdir. Belə ki, avtomobilin zərbəsinin söndürülməsi yalnız şinlərin deformasiyası hesabına baş verir. Bu məhdudlayıcılar yüksək möhkəmliyə malikdirlər. Avtomobilin zərbəsini yaxşı dəf edə bilirlər, yolun istiqamətinin seçilməsində sürücülərə yaxşı kömək edirlər və onları yaxşı istiqamətləndirirlər (yol boyu).

İstismarda dəmir beton məhdudlayıcıları ucuzdurlar, korroziyaya davamlıdırlar. Demək olar ki, korroziyaya uğramırlar. Beton məhdudlayıcılarının əsas çatışmayan cəhəti zərbə zamanı az deformasiya olunmasıdır. Bunun nəticəsində ağırlıq mərkəzi yuxarıda yerləşən avtomobil məhdudlayıcılarının üstündən aşa bilər, yüngül minik avtomobilləri isə zərbədən sonra hərəkət axınına qayıdır. Bu da axının digər avtomobilləri ilə toqquşma təhlükəsini yaradır.

Ən mükəmməl və təkmilləşmiş məhdudlayıcılar prokat metal zolaqlardan hazırlanmış hasarlar hesab olunur. Prokat profili kifayət qədər bərkdir, möhkəmdir və zərbəyə müqavimət zamanı bir qədər deformasiya olunur (əyilir). Nəticədə məhdudlayıcı avtomobili böyük olmayan mənfi təcillə saxlayır. Yəni avtomobilin sürəti dayanma anına qədər xeyli azalır.

Məhdudlayıcılar hündür torpaq tökülmüş yerlərdə, çay və göllərin sahilində olan avtomobil yollarında. Qaya çıxıntılarına yaxın yerlərdə olan yollarda, körpülərin girişlərində və ümumiyyətlə avtomobilin yollardan çıxması harada böyük təhlükə ilə nəticələnəcəksə həmin yerlərə də qoyurlar.

Məhdudlayıcıları həmçinin yüksək intensivliyə malik avtomobil magistallarındakı ayırıcı zolaqlarda qoymaq lazımdır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin